Ana Sayfa > Xəbər > Deputatın oğlu 7-ci Polis Bölməsinə rəis təyin edilib
Deputatın oğlu 7-ci Polis Bölməsinə rəis təyin edilib20-04-2021, 10:47. Yazar: admin |
Deputat Aqil Abbasının daxili işlər orqanlarında çalışan oğlu Tuncay Abbasov yeni vəzifəyə təyin olunub. APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı APA-ya təsdiqləyib. Geri dön |