Ana Sayfa > Xəbər > Bu gündən aprelin 19-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən aprelin 19-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək17-04-2021, 05:59. Yazar: admin |
Bu gündən aprelin 19-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib. Bununla əlaqədar 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb. Geri dön |