Ana Sayfa > Xəbər > Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub15-04-2021, 15:45. Yazar: admin |
Aprelin 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Dmitriy Pantusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər. Geri dön |