Ana Sayfa > Xəbər > Səudiyyə Ərəbistanı Yəmənin Ədən hava limanına 20 hava zərbəsi endirib
Səudiyyə Ərəbistanı Yəmənin Ədən hava limanına 20 hava zərbəsi endirib4-05-2015, 10:20. Yazar: admin |
Yəmənin ölkədən qaçmış prezidenti Abdu-Rabbih Mansur Hadinin tərəfdarları Ədən şəhərindəki beynəlxalq hava limanını husilər, ordu qüvvələri və xalq komitələrindən ala bilməyiblər. Bundan sonra Səudiyyə Ərəbistanına məxsus hərbi təyyarələr sözügedən hava limanını ötən gün ərzində 20 dəfə bombalayıb. SalamNews-un "SkyNews"a istinadla verdiyi xəbərə görə, bombardmandan sonra Mansur Hadinin tərəfdarları Ədən hava limanında nisbətən irəliləyiblər. Səudiyyə Ərəbistanına tərəfdar qüvvələr ölkədən qaçmış müdafiə naziri Mahmud Subeyhinin Ədənin hava limanına gəldiyini bildiriblər. Müttəfiqlər və onlara qarşı olan “Ənsarullah” hərəkatı isə Səudiyyə Ərəbistanı hərbçilərinin Ədən hava limanına gəlmələrini təkzib ediblər. Qeyd edək ki, Səudiyyə Ərəbistanı Abdu-Rabbih Mansur Hadi administrasiyasını Yəmənə gətirmək və onun bu ölkədə hakimiyyətini təmin etmək üçün strateji Ədən şəhərini husilər və onlara tərəfdar ordu qüvvələrindən almaq istəsə də, hələlik buna nail ola bilməyib. Geri dön |