Ana Sayfa > Xəbər > ATƏT cəbhədə atəşkəsin ən çox pozulduğu ərazilərdən birində monitorinq keçirəcək

ATƏT cəbhədə atəşkəsin ən çox pozulduğu ərazilərdən birində monitorinq keçirəcək


4-05-2015, 10:11. Yazar: admin
ATƏT cəbhədə atəşkəsin ən çox pozulduğu ərazilərdən birində monitorinq keçirəcək
ATƏT cəbhədə qoşunların təmas xəttində monitorinq keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller keçirəcək.

Geri dön