Ana Sayfa > Xəbər > Uşaqların qohumları tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb
Uşaqların qohumları tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb9-04-2021, 15:01. Yazar: admin |
Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılıb. APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Beləliklə, uşağı övladlığa götürmək istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq: - övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; - övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; - övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; - övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır. Geri dön |