Ana Sayfa > Xəbər > Əflatun Amaşov: “İndiyədək peyvənd olunmaq istəyən 200-dək jurnalistin siyahısı təqdim olunub"
Əflatun Amaşov: “İndiyədək peyvənd olunmaq istəyən 200-dək jurnalistin siyahısı təqdim olunub"9-04-2021, 12:27. Yazar: admin |
“Bu gündən jurnalistlərin koronavirusa qarşı peyvənd olunmasına başlanılır". APA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərin vaksinasiya prosesi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, jurnalistlərin vaksinasiyası TƏBİB-ə həvalə olunub: "Planlaşdırırıq ki, gün ərzində 50-100 nəfər peyvənd olunsun. Vurulacaq vaksin "Coronovac" peyvəndidir. İndiyədək bizə redaksiyalardan təqdim olunan siyahıda peyvənd olunmaq istəyən jurnalistlərin sayı 200-ə yaxındır". Ə.Amaşov qeyd edib ki, jurnalistlər koronavirusla bağlı müxtəlif beynəlxalq tədbirlərdə iştirak ediblər. Geri dön |