Ana Sayfa > Xəbər > Nazirlik rəsmisi tutduğu yüksək vəzifədən azad edildi
Nazirlik rəsmisi tutduğu yüksək vəzifədən azad edildi6-04-2021, 11:28. Yazar: admin |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin (MHM) baş direktoru Elnar Əsədov vəzifəsindən azad edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı nazir Rəşad Nəbiyev əmr imzalayıb. MHM-ə rəhbərlik müvəqqəti olaraq direktor müavini İnara Vəliyevaya həvalə olunub. Xatırladaq ki, E.Əsədov sözügedən vəzifəni 2016-cı ilin yanvar ayından icra edirdi. Geri dön |