Ana Sayfa > Xəbər > Azərbaycan vətəndaşları gələn aydan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək
Azərbaycan vətəndaşları gələn aydan Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək16-03-2021, 18:14. Yazar: admin |
Azərbaycan vətəndaşları aprelin 1-dən etibarən Türkiyəyə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcək. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Polis İdarəsi məlumat yayıb. “İki ölkə vətəndaşları 1 aprel 2021-ci ildən etibarən qarşılıqlı səfərlər zamanı yeni nəsil şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcək. Vizasız qalma müddəti 30 gündən 90 günə qədər uzadılıb”, - deyə bildirilib. Geri dön |