Ana Sayfa > Xəbər > Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR
Əli Əsədovdan Dövlət Komitəsi ilə bağlı QƏRAR15-03-2021, 15:31. Yazar: admin |
“Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 9 (doqquz) nəfərdən ibarət olacaq. Buna qədər kollegiyanın tərkibi 7 nəfərdən ibarət idi. Qərarla kollegiyanın tərkibinə aşağıdakılar daxildir: Kollegiyanın sədri: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Hüquq və qeydiyyat şöbəsinin müdiri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Maliyyə-təsərrüfat şöbəsinin müdiri. Geri dön |