Ana Sayfa > Xəbər > Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb
Azərbaycanda daha 603 nəfər koronavirusa yoluxub, 6 nəfər ölüb14-03-2021, 16:39. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 234 nəfər müalicə olunaraq sağalıb, 603 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 240 295 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb, 3 282 nəfər vəfat edib. Aktiv xəstə sayı 6 053 nəfərdir. Ötən müddət ərzində 2 710 126 test aparılıb. Bugünkü test sayı isə 8 945-dir. Geri dön |