Ana Sayfa > Xəbər > Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü keçiriləcək
Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü keçiriləcək10-03-2021, 10:47. Yazar: admin |
Bu yaxınlarda Gürcüstanın Baş nazirinin Azərbaycana işgüzar səfəri planlaşdırılır. Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) "APA-Economics"ə verilən məlumata görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ASK-nın prezidenti Məmməd Musayevlə görüşü zamanı deyib. O, ASK prezidentinə təşkil olunacaq Azərbaycan-Gürcüstan iqtisadi komissiyasının görüşü çərçivəsində biznes-forumun keçirilməsini təklif edib. Öz növbəsində, M. Musayev Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatında biznes əlaqələrinin davam etdirilməsinin vacibliyini bildirərək, hər üç ölkənin iş adamlarının iştirakı ilə birgə biznes-forum keçirməsini təklif edib. Səfir bu təklifi razılıqla qarşılayaraq, gələcək əməkdaşlıq perspektivləri ilə bağlı öz təkliflərini irəli sürüb. Görüşdə Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli biznes forumunun keçirilməsi üçün təşkilatı məsələlərin həlli ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Geri dön |