Ana Sayfa > Xəbər > Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub
Vətən müharibəsində ağır yaralanan əsgər 5 ay sonra şəhid olub8-03-2021, 06:45. Yazar: admin |
Vətən müharibəsi döyüşləri zamanı ağır yaralanan əsgər Balakişiyev Zamin Dadaş oğlu 5 ay sonra hospitalda vəfat edib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, koma vəziyyətində olan qazinin uzunmüddətli müalicələrinə baxmayaraq, onun həyatının xilas etmək mümkün olmayıb və o, şəhidlik zirvəsinə yüksəlib. Şəhid əsgər sabah, martın 8-də Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Zamin Balakişiyev Azərbaycan Prezidentin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. Allah rəhmət eləsin! Geri dön |