Ana Sayfa > Xəbər > Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb

Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb


5-03-2021, 11:26. Yazar: admin
Əfv Komissiyası sabah toplanır - daha 4 iclas qalıb

Martın 6-da Əfv Məsələləri Komissiyasının videoformatda növbəti iclası keçiriləcək.

Modern.az-ın məlumatına görə, növbəti həftə üçün daha 3 iclasın keçirilməsi nəzərdə tutulub. Bununla da Komissiyanın iclaslarına yekun vurulacaq.

Toplanmış materiallar Əfv Məsələləri Komissiyasının sədri tərəfindən ölkə başçısına təqdim olunacaq.

Rəsmi məlumata görə, indiyədək keçirilmiş iclaslarda 500-dən çox müraciətə baxılıb. Müraciətlər müxtəlif kateqoriyaları, o cümlədən ömürlük azadlıqdan məhrum edilmiş şəxsləri əhatə edir.
Geri dön