Ana Sayfa > Xəbər > Sabiq təhsil naziri: “Hadi Rəcəbli gedib özü daş daşısın”

Sabiq təhsil naziri: “Hadi Rəcəbli gedib özü daş daşısın”


12-03-2015, 11:33. Yazar: admin
Sabiq təhsil naziri: “Hadi Rəcəbli gedib özü daş daşısın”
“Hadi Rəcəbli əgər belə bir təklif irəli sürürsə, gedib özü daş daşısın, divar hörsün”.

Bunu azvision.az-a açıqlamasında keçmiş təhsil naziri Firudin Cəlilov deyib. F. Cəlilov millət vəkili Hadi Rəcəblinin 150-200 manat maaş alan müəllimlərin dərsdən sonra fəhləlik etmələri, daş daşıyıb, divar hörmələri barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Sabiq nazir deputatı bu fikirlərinə görə tənqid edib: “O, özü gedib daş daşıyıb, divar hörsün. Görsün ki, müəllimlər nələr çəkir. Müəllimlərin az maaş almasında Hadi Rəcəblinin böyük rolu var. Çünki o, Milli Məclisin Sosial siyasət komitəsinin sədri kimi belə qanunların qəbul olunmasında aktiv rol oyanayır”.

Qeyd edək ki, ötən gün Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "Trend"-ə müsahibəsində bildirib ki, əgər müəllim 150-200 manat maaş alırsa, işdən sonra fəhləlik də edə bilər.

Geri dön