Ana Sayfa > Xəbər > “Bizdə də kifayət qədər erməni əsiri və girovu var”

“Bizdə də kifayət qədər erməni əsiri və girovu var”


1-05-2015, 11:01. Yazar: admin
“Bizdə də kifayət qədər erməni əsiri və girovu var”
“Azərbaycan girovlarını nə beynəlxalq təşkilatlar azad edib, özümüzə qaytaracaq, nə də düşmən tərəfi xoşluqla azad edəcək”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Xocalıdan seçilən deputatı Elman Məmmədov deyib.

Deputatın fikirncə, girovları azad etməyin yalnız bir yolu var:

“Bizdə də kifayət qədər erməni əsiri və girovu var. Bunların sayı artmaqdadır. Azərbaycan öz vətəndaşlarını özü girovluqdan azad edəcək. Başqa heç kimə güvənmək fikrinə inanmıram. Bütün beynəlxalq təşkilatlar istəsələr, bir günün içində onları azad edib bizə qaytararlar, amma etmirlər. Çünki biz bu gün Qərb dünyasının, xristian dünyasının müsəlman dünyasına və bizə qarşı olan münasibətini aydın şəkildə görürük”.

Geri dön