Ana Sayfa > Xəbər > Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 dollar gömrük rüsumu tətbiq olunacaq

Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 dollar gömrük rüsumu tətbiq olunacaq


17-02-2021, 16:42. Yazar: admin

Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 dollar gömrük rüsumu tətbiq olunacaq
Azərbaycandan ixrac olunan buğdanın 1000 kiloqramına 200 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.

Eyni zamanda Azərbaycandan ixrac olunan buğda ununun da 1000 kiloqramına 200 ABŞ dolları rüsum tətbiq olunacaq.

Bu Qərar 2021-ci il mayın 1-dək qüvvədədir.
Geri dön