Ana Sayfa > Xəbər > Ermənistanda əhali azalmaqda davam edir - STATİSTİKA

Ermənistanda əhali azalmaqda davam edir - STATİSTİKA


30-04-2015, 17:48. Yazar: admin
Ermənistanda əhali azalmaqda davam edir - STATİSTİKA
Ermənistanın Milli Statistika Komitəsi ölkə əhalisinin sayı ilə bağlı son məlumatları açıqlayıb. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2015-ci il aprelin 1-i üçün ölkə əhalisi 3 milyon 6 min 800 nəfər təşkil edir. Statistika xidmətinin demoqrafiya bölməsinə rəhbərlik edən Karine Quyumcyan bu göstəricinin ötən ilin müvafiq göstəricisindən 0,5 faiz az (3 milyon 37 min 400 nəfər ) olduğunu deyib:

“Şəhər əhalisi hazırda 1 milyon 911 min 200 nəfər, kənd əhalisi isə 1 milyon 95 min 600 nəfər təşkil edir”.

Bölmə rəhbərinin rəisi ötən 1 il ərzində ölkədə doğum göstəricisinin 1,9, ölüm hallarının isə 2,9 faiz təşkil etdiyini bildirib.

Geri dön