Ana Sayfa > Xəbər > "Azerspace-2"nin gəlirlər üzrə proqnozu acıqlanıb
"Azerspace-2"nin gəlirlər üzrə proqnozu acıqlanıb11-02-2021, 13:10. Yazar: admin |
Azərbaycanın ikinci peykinin ("Azerspace-2") kommersiya istifadəsindən son iki il ərzində 40 mln. ABŞ dolları gəlir əldə olunub. Bu barədə "APA-Economics"ə "Azercosmos" ASC-dən bildirilib. Qeyd olunub ki, "Azerspace-2" peyki 2018-ci ilin sentyabr ayında orbitə buraxılıb və onun kommersiya istifadəsinə 2019-cu ildən başlanılıb: "Layihə 190 mln. dollara başa gəlib. Peykin istismar müddəti 20 ildir. Azərbaycanın ikinci peykinin daha gəlirli olacağı və fəaliyyət ömrü müddətində 450 mln. dollardan çox gəlir gətirməsi proqnozlaşdırılır". Geri dön |