Ana Sayfa > Xəbər > Şahbaz Quliyevin səhhəti ilə bağlı AÇIQLAMA

Şahbaz Quliyevin səhhəti ilə bağlı AÇIQLAMA


30-04-2015, 16:58. Yazar: admin
Şahbaz Quliyevin səhhəti ilə bağlı AÇIQLAMA
Kəlbəcərdə girov götürülən azərbaycanlı girov Şahbaz Quliyevin səhhəti yaxşılaşır.

Bu barədə AzVision.az-a girovun yaxınları məlumat veriblər. Bildirilib ki, hazırda Şahbaz Quliyevin müalicəsi davam edir: “Beynəlxalq Qızl Xaç Komitəsi ilə əlaqə saxladıq. Bizə Şahbazın Xankəndində xəstəxanada yatdığını dedilər. İndi vəziyyəti daha yaxşıdır. Şahbazın özünü yaxşı hiss etdiyini bildirdilər”.

Qeyd edək ki, erməni girovluğunda saxlanılan Şahbaz Quliyev bir neçə gün öncə öd kisəsindən əməliyyat olunub.

Xatırladaq ki, ötən ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Qondarma məhkəmənin hökmü ilə D.Əsgərova ömürlük, Ş. Quliyevə isə 22 il həbs cəzası verilib.

Geri dön