Ana Sayfa > Xəbər > Səlim Müslümovdan sonra həbs növbəsi kimdədir? - Gündəm Qulamhüseyn Əlibəyli “Canlı”da

Səlim Müslümovdan sonra həbs növbəsi kimdədir? - Gündəm Qulamhüseyn Əlibəyli “Canlı”da


4-02-2021, 15:54. Yazar: admin

Səlim Müslümovdan sonra həbs növbəsi kimdədir? - Gündəm Qulamhüseyn Əlibəyli “Canlı”da
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qandallandı. Səbair Rayon Mməhkəməsi keçmiş nazir barəsində 4 aylıq həbs qətiimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

S.Müslümovun həbsi korrupsiyaya bulaşmış məmurların cinayət məsuliyyətinə cəlb olunması istiqamətində sonuncu olmayacaq. Müşahidəçilərin və məlumatlı mənbələrin sözlərinə görə, məmur həbsləri davam edə bilər.

Prezident İlham Əliyev AzTV-yə müsahibəsində də vətəndaşlara səslənmişdi ki, ictimai nəzarət olmalıdır. Bəs, növbədə kimdir? - İndi çoxlarını bu sual düşündürür.

Digər tərəfdən S.Müslümov nazir postundan gedişindən iki il sonra niyə həbs olundu?

Şuşanın “məmurlar paytaxtı”na çevrilməsinə imkan verməyən Prezident İlham Əliyevin nazirlərə xəbərdarlığı, məmurların hansı məqsəd güddükləri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi gündəmin baş mövzularıdır.

Paralel isə nəzərlər Qarabağ cəbhəsindədir. Fevralın 2-də Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozdu. Ermənilər Qazaxın işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki pulemyot silahdan 20 dəfə atəş açılmaqla 10 noyabr sənədinə zidd pozuculuğa yol verdilər.
Ermənilərin atəşkəsi pozmaqda niyyəti nədir? Bu, düşmən ölkədəki müəyyən qüvvələrin təxribatıdır, yoxsa Rusiya sərhədçilərini bu ərazilərə yerləşdirməyi hədəfləyib?

Eyni zamanda Ermənistan 11 yanvar Moskva görüşünün razılaşmasına zidd və sərsəm tələblər irəli sürərək 62 erməni əsiri azad etməyin müqabilində Naxçıvanla yolun açılmasını mümkün hesab edirlər.

Həm xarici işlər naziri Ara Ayvazyan, həm baş nazir Nikol Paşinyan Fransa Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan Batist Lemuanla görüşdə bu şərti irəli sürüb.

Beləliklə, erməni silahlı qüvvələri 10 noyabr bəyanatının əleyhinə gedərək Qazax istiqamətindən atəşkəsi pozur, rəsmi İrəvan isə 11 yanvar sazişinə qarşı tələblərlə çıxış etməkdədir.

Bir yandan isə ermənilərin Xankəndinə köçü davam edir, Ermənistan rəsmilərinin Azərbaycan ərazilərinə icazəsiz səfərləri kəsilmir. Bəzi təhlilçilər yaz aylarında antiterror əməliyyatlarının bərpa olunacağını ehtimal edir.

Müxalifətdən və cəmiyyətdən də çağırışlar səslənir ki, azad edilməyən digər ərazilərimizdə də suverenliyimiz təmin olunmalı, bayrağımız Xankəndinə, Əsgərana sancılmalıdır.

Amma Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın sözlərinə görə, Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan “Qarabağın müdafiə ordusu”nun ləğvinə razılığa gəliblər.

“TV Musavat”ın 15:45-də efirə gedən “Həftə içi” proqramının canlı yayınında aparıcı Emil Salamoğlu Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ilə gündəmdə olan bu məsələləri müzakirə edir. Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz:

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/
Geri dön