Ana Sayfa > Xəbər > Konstitusiya Məhkəməsinə yeni hakim təyin olundu - Elçin Əfəndiyevin qızıdır
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olundu - Elçin Əfəndiyevin qızıdır1-02-2021, 12:43. Yazar: admin |
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb. “Report”un xəbərinə görə, Humay Elçin qızı Əfəndiyevanın Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb. Konstitusiya Məhkəməsinə yeni hakim təyin olundu Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, Humay Əfəndiyeva Baş nazirin keçmiş müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. Geri dön |