Ana Sayfa > Xəbər > BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağladı
BDU 5 manatlıq şirkətlə 330 minlik müqavilə bağladı27-01-2021, 16:01. Yazar: admin |
Bakı Dövlət Universitetinin (BDU) tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması ilə bağlı müqavilə bağlanıb. Qaynarinfo xəbər verir ki, layihələndirmə işlərini "AAB LAYİHƏ-TİKİNTİ" MMC görəcək. Müqavilənin şərtlərinə görə, BDU şirkətə 330 min manat ödəyəcək. Qeyd edək ki, "AAB LAYİHƏ-TİKİNTİ" MMC 7 dekabr 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 5 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə küçəsi ev 80,m.6-dır. Şirkətin qanuni təmsilçisi Səfərov Taleh Kitay oğludur. Geri dön |