Ana Sayfa > Xəbər > Nazirlər Kabineti: Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılacaq
Nazirlər Kabineti: Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılacaq15-01-2021, 15:03. Yazar: admin |
“Azərbaycanda son qapanmadan sonra müsbət nəticələr özünü göstərir. Müharibə dövründə koronavirusa yoluxmaların sayında artım müşahidə edilirdi”. APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan artıq koronavirus pandemiyası ilə mübarizədə növbəti mərhələyə qədəm qoyur. “Gələn həftə Azərbaycanda vaksinasiyaya başlanılacaq”, - deyə İ. Məmmədov vurğulayıb. Geri dön |