Ana Sayfa > Xəbər > Nepalda olan azərbaycanlılar bu gecə evakuasiya olunacaq

Nepalda olan azərbaycanlılar bu gecə evakuasiya olunacaq


29-04-2015, 15:25. Yazar: admin
Nepalda olan azərbaycanlılar bu gecə evakuasiya olunacaq
Nepalda olan Azərbaycan vətəndaşları bu gün evakuasiya olunacaq.

Bu barədə Moderator.az -a XİN-dən məlumat verilib.

Mənbə deyib ki, Azərbaycan vətəndaşları Nepala aparılan humanitar yardım təyyarəsi ilə evakuasiya olunacaq. “Artıq Azərbaycandan Nepala humanitar yardım aparan təyyarı Nepala uçub və bu gecə geri dönməsi gözlənilir. Oradakı azərbaycanlılar da həmən təyyarə ilə oradan çıxarılacaq.”
Qeyd edək ki, Nepalda 6-sı azyaşlı olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Zəlzələ zamanı soydaşlarımıza ciddi xəsarət dəyməyib, yalnız azyaşlı bir qız uşağlı yüngül xəsarət alıb.

Geri dön