Ana Sayfa > Xəbər > Nazarbayev andiçmədə Qarabağdan danışdı

Nazarbayev andiçmədə Qarabağdan danışdı


29-04-2015, 11:35. Yazar: admin
Nazarbayev andiçmədə Qarabağdan danışdı
Qazaxıstan regionda ümumi təhlükəsizlik arxitekturasını dəstəkləmək, həmçinin regional münaqişələrin sülh yolu nizamlanması istiqamətində səylərini artırmaq niyyətindədir.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə inauqurasiya mərasimində çıxışı zamanı Nursultan Nazarbayev bildirib.

“Biz strateji tərəfdaşlarımız Rusiya, Çin, ABŞ Avropa İttifaqı, İslam Dünyası ilə əməkdaşlığımızı davam etdirəcəyik. Biz Beynəlxalq təşkilatlarla aktiv şəkildə işləyəcəyik. Mərkəzi Asiyanın lideri kimi Qazaxıstan bu regionda təklüləsizlik arxitekturası, iqtisadi inkişafı dəstəkləyəcək”, - deyə, Nazarbayev vurğulayıb.

O, vurğulayıb ki, Qazaxıstanı Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə tərəfdaşları Rusiya, Belarus, Qırğızıstan və Ermənistanla əlaqələrə xüsusi önəm verəcək: “Qazaxıstan diplomatiyası İslam dünyası və Postsovet məkanında kəskin regional münaqişələrin dinc yolla həll edilməsi üzrə səylərini artıracaq”.

Geri dön