Ana Sayfa > Xəbər > FHN işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturların təşkilinə başladı
FHN işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturların təşkilinə başladı9-11-2020, 18:25. Yazar: admin |
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb. Nazirlikdən bildirilib ki, artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb. Həmçinin, Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub. Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Geri dön |