Ana Sayfa > Xəbər > Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 92 nəfərə çatıb
Erməni təxribatı nəticəsində ölən mülki şəxslərin sayı 92 nəfərə çatıb5-11-2020, 12:46. Yazar: admin |
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb. Bundan başqa, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 2 971 yaşayış evi yararsız vəziyyətə düşüb. Geri dön |