Ana Sayfa > Xəbər > “Qapımızın ağzı zibillikdir...”- Sakinlərdən şikayət

“Qapımızın ağzı zibillikdir...”- Sakinlərdən şikayət


28-04-2015, 17:44. Yazar: admin
“Qapımızın ağzı zibillikdir...”- Sakinlərdən şikayət
Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov 109 ünvanında yaşayan sakinlər "Qafqazinfo"ya müraciət ediblər.

Sakinlərin sözlərinə görə, həmin ərazidə yerləşən həyət evlərinin qapısının yanında zibil qutuları, konteynerləri yerləşir və bu onların natəmiz şəraitdə yaşamağına səbəb olur: "Qapımızın yarım metrliyində zibil qutuları və konteynerlər var. Çölə çıxan kimi natəmizlikdir. İt-pişik, pis iy əlindən uşaqlarımız həyətə çıxa bilmir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Mənzil Kommunal Təsərrüfat Departamentinə müraciət etmişik. Yasamal İH və Departementindən bizə bildiriblər ki, konteynerləri daşımaq üçün vəsait yoxdur".

Həmin ərazidən olan fotoları diqqətinizə çatdırırıq:

Geri dön