Ana Sayfa > Xəbər > Krımda məscidə “Molotov kokteyli” atdılar

Krımda məscidə “Molotov kokteyli” atdılar


28-04-2015, 16:14. Yazar: admin
Krımda məscidə “Molotov kokteyli” atdılar
Krımda cinayətkarlar məscid binasına içərisində alışqan maye olan bir neçə şüşə atıblar. Bununla belə, ibadət evinə ciddi ziyan dəyməyib.

Bu barədə salamnews UNİAN-a istinadla xəbər verir.

“Yerli sakinlər - həm müsəlmanlar, həm də xristianlar hadisədən heyrətləniblər və bunun təxribat olduğunu hesab edirlər.

Belə ki, bu, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin mehriban yaşadıqları kənddə baş verən ilk oxşar haldır. Bu mehribanlığa sübut məscid və pravoslav məbədinin üz-üzə yerləşməsidir”, - Krım Müsəlmanlarının Ruhani İdarəsinin məlumatında deyilir.

Geri dön