Ana Sayfa > Xəbər > Prezidentin köməkçisi: “Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb”
Prezidentin köməkçisi: “Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb”29-10-2020, 13:09. Yazar: admin |
“Ermənistan etdiyi hərəkətə görə döyüş meydanında cəzalandırılır. Bütün cəbhə xətti boyunca Azərbaycan düşmənin layiqli cavabını verir, cinayətlərin törədilməsi barədə əmr verən düşmənin hərbi komandirləri bir-bir məhv edilir”. Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdə səfərində jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Xocalı soyqırımını törədənlərin çoxunun cavabını Azərbaycan ordusu verib: “Artıq mətbuatda da məlumat var ki, qondarma rejimin “müdafiə naziri” artıq cəhənnəmə yola salınıb: “Digərləri də öz paylarını alacaqlar”. Geri dön |