Ana Sayfa > Xəbər > Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib
Ermənistanın 1-ci ümumqoşun ordusu komandanın müavini məhv edilib29-10-2020, 10:11. Yazar: admin |
Dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən "Report"a bildirilib ki, görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib. Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb. Geri dön |