Ana Sayfa > Xəbər > Bakıda qadın kişini, kişi də qadını polisə verdi

Bakıda qadın kişini, kişi də qadını polisə verdi


28-04-2015, 15:02. Yazar: admin
Bakıda qadın kişini, kişi də qadını polisə verdi
Bakıda oğurluqla məşğul olan qadın saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat nazirliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşları tərəfindnə keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də Allahyar Həsənovun evindən 450 manat oğurlamış Yevlax rayon sakini Leyla Abdullayeva tutulub.

Binəqədi rayonunda oğurluq etmiş şəxs də saxlanılıb. Həmin əməliyyat isə Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Kərimov tutulub.

Saxlanılan şəxs Binəqədidəki çay evlərindən birində Bakı şəhər sakini İntizar Süleymanovaya məxsus içərisində 1187 manat və sənədlər olan pul kisəsi oğurlamaqda günahlandırılır.

Hər iki faktla bağlı araşdırma aparılır.

Geri dön