Ana Sayfa > Xəbər > Azərbaycanın tanınan bankların birində kadr dəyişiklikləri

Azərbaycanın tanınan bankların birində kadr dəyişiklikləri


28-04-2015, 10:31. Yazar: admin
Azərbaycanın tanınan bankların birində kadr dəyişiklikləri
"Unibank" ASC-nin rəhbərliyində yeni təyinatlar olub.

Bankdan "Trend"-ə bildiriblər ki, kadr dəyişiklikləri nəticəsində aprelin əvvəlindən icraçı direktorun səlahiyyətlərini yerinə yetirən Xalid Əhədov bu vəzifəyə təsdiq edilib. Bu vəzifə keçmiş icraçı direktor Cəlal Qasımovun iş yerini dəyişməsi ilə əlaqədar vakant qalmışdı.

İcraçı direktorun birinci müavini vəzifəsinə isə Emin Rəsulzadə təyin olunub. O, eyni zamanda, "Unibank" İdarə Heyətinin üzvü, maliyyə işləri üzrə direktor və baş maliyyə administratoru vəzifələrində çalışır.

Bundan əvvəl X.Əhədovun tutduğu pərakəndə bank xidmətləri üzrə direktor vəzifəsinə isə İcra Komitəsinin üzvü Taleh Tahirli təyin olunub.

Bu təyinatadək T.Tahirli Unibank-da Pərakəndə Bank Məhsulları və Proseslərinin İnkişafı departamentinin rəhbəri olub.

Geri dön