Ana Sayfa > Xəbər > Prezidentin köməkçisi: “Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərin atəşə tutulması Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”

Prezidentin köməkçisi: “Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərin atəşə tutulması Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”


5-10-2020, 12:23. Yazar: admin
Prezidentin köməkçisi: “Gəncə, Bərdə, Beyləqan və digər şəhərlərin atəşə tutulması Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”

“Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Bərdə, Beyləqan və digər bəzi şəhərlərində əhalinin sıx məskunlaşdığı mülki obyektlərə raket zərbələri endirirlər”.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

Prezidentin köməkçisinin sözlərinə görə, bu, barbarlıq və vandalizmdir, eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyinin təşviş içərisində olduğunu göstərir.

“Bu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin zəifliyinin göstəricisidir”, - deyə H. Hacıyev vurğulayıb.
Geri dön