Ana Sayfa > Xəbər > BMT Dağlıq Qarabağda vəziyyətlə bağlı təcili iclas keçirəcək
BMT Dağlıq Qarabağda vəziyyətlə bağlı təcili iclas keçirəcək29-09-2020, 05:02. Yazar: admin |
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda təcili müzakirələr keçirməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə TASS-a təşkilatdakı mənbə bildirib. "Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq", - mənbə deyib. Məlumata görə, görüş təşəbbüsü ilə bir sıra Avropa ölkələri çıxış edib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edəcək. Geri dön |