Ana Sayfa > Xəbər > Abdullah Gül: Ermənistan Türkiyənin çağırışını eşitməlidir
Abdullah Gül: Ermənistan Türkiyənin çağırışını eşitməlidir27-04-2015, 17:56. Yazar: admin |
Ermənistan Türkiyənin birgə komissiya yaratmaq çağırışını eşitməlidir. Trend-in məlumatına görə, bunu "əş-Şərq" ərəb qəzetinə müsahibəsində Türkiyənin sabiq Prezidenti Abdullah Gül deyib. O, qeyd edib ki, Türkiyə Ermənistana 1915-ci il hadisələrini araşdırmaq üçün birgə komissiya yaratmağı təklif edib, amma bu təklif hələ də cavabsız qalıb. A.Gülün sözlərinə görə, 1915-ci il hadisələrini araşdırmağa xidmət edəcək bu komissiyada ABŞ və Rusiyadan olan tarixçilər də yer ala bilər: "Bu hadisələr zamanı ancaq ermənilər yox, Osmanlı ərazisində yaşayan bütün xalqlar zərər çəkiblər". O, Türkiyə tarixində "erməni soyqırımı"nın olmadığını vurğulayıb. Geri dön |