Ana Sayfa > Xəbər > Putinin sərəncamı İrəvanı qarışdırdı

Putinin sərəncamı İrəvanı qarışdırdı


11-03-2015, 17:51. Yazar: admin
Putinin sərəncamı İrəvanı qarışdırdı
Vladimir Putinin Avrasiya İttifaqı üçün vahid valyuta yaradılması barədə sərəncamı İrəvanda ciddi narahatlıq doğurub.

ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti bu barədə Rusiya Mərkəzi Bankına və hökumətinə tapşırıq verib. İrəvanda dərc olunan “Joxovurd” qəzeti bunun Ermənistan Konstitusiyasına zidd olduğunu bildirir: “Konstitusiya dəyişməyənə qədər Ermənistan başqa valyutaya keçə bilməz, çünki Konstitusiyaya görə Ermənistanın valyutası dramdır”.

Məsələnin 2015-ci ilin 1 sentyabr tarixinə qədər həll olunacağını vurğulayan qəzet bu məsələdə Ermənistanın fikrinin öyrənilməməsi məsələsini qabardır: “Ermənistan hökuməti və Mərkəzi Bankı bu barədə susur və izah etmir ki, nə vaxtdan Putin onlara əmr verməyə başlayıb”.

Əslində isə burada qəribə heç nə yoxdur. Hər şey 1922-ci il dekabrın 22-də SSRİ-nin yaradılmasında olduğu kimi başlayıb. Bir neçə aya Ermənistan valyutasını itirəcək, daha sonra yəqin ki, növbə ordunundur. Artıq ordu Moskvadakı əlaqələndirmə mərkəzindən idarə olunur, amma bir neçə ildən sonra böyük ehtimalla Ermənistan ordusunun yerini Avrasiya İttifaqının hərbi birləşmələri tutacaq. Bu isə artıq erməni xalqının müstəqilliklə vidalaşması deməkdir.

Geri dön