Ana Sayfa > Xəbər > "Yaşadığım həyat tərzi imkan vermir ki, kinli olum"
"Yaşadığım həyat tərzi imkan vermir ki, kinli olum"27-04-2015, 17:19. Yazar: admin |
“Yaşadığım həyat tərzi imkan vermir ki, kinli olum. Əvvəl nəyəsə kin bəslədiyim hallar olub. Axır vaxtlar bunun qarşısında o qədər acizəm ki... Hər şeyi tez unuduram". Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samira Allahverdi “Yeri gəlmişkən” verilişində deyib: “Mənim bir həyat amilim var: hər an insanın başına hər şey gələ bilər. Özümü ələ almağı bacarıram. Kiməsə qarşı əsəbim ola bilər. O isə bir saniyəlikdir. Çox ürəyiyumşağam. Bir müğənni ilə neçə il danışmadım. Ona belə kin bəsləmirdim. Heç əsəbi də deyildim. Sonra bizi barışdırdılar". Geri dön |