Ana Sayfa > Xəbər > Biabırçılıq: 7873 şagirdin 1242-ü ana dilindən “2” aldı
Biabırçılıq: 7873 şagirdin 1242-ü ana dilindən “2” aldı27-04-2015, 17:01. Yazar: admin |
“Azərbaycan dili” fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub. Bu barədə virtualaz.org saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat veriblər. Xəbərdə deyilir ki, imtahanın nəticələri aprelin 27-də TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirakı nəzərdə tutulan 8426 abituriyentdən 551 nəfəri imtahana gəlməyib, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyentin imtahan nəticələri ləğv edilib. İmtahanda iştirak edən 7873 abituriyentdən 6631 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb. Bu imtahanda “qeyri-məqbul” qiymət alanlar, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2015-ci il iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Geri dön |