Ana Sayfa > Xəbər > Gülay Kamilə qadağa qoyub

Gülay Kamilə qadağa qoyub


27-04-2015, 16:09. Yazar: admin
Gülay Kamilə qadağa qoyub
Müğənni Gülay Zeynallı həyat yoldaşı, idmançı Kamil Zeynallıdan danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Qonaq gəl bizə” verilişində ona qoyduğu qadağadan bəhs edib:

“Yeni ailə quranda Kamilin bəzi istəkləri oldu. Bunları normal qəbul edirəm. Mən muğam ifaçısıyam, çərçivədə davranıram. Ona görə də şərtlərə ehtiyac qalmır. Hər şeyin yerini bilən xanımam. Həm də ki, evimizin böyüyü, həyat yoldaşımdır. Nəsə deyirsə, əməl edilməlidir. Mənim də qadağam olub. Yeni ailə quranda Kamil bir-iki sənətçinin klipində çəkilmək təklifi almışdı. Mən də bu sənətdə olanlardanam. Görsəm ki, təklif edən səviyyəli biridir, razılaşardım. Amma gördüm ki, dəyməz”.

Geri dön