Ana Sayfa > Xəbər > Bugünkü imtahandan bir nəfər xaric olundu
Bugünkü imtahandan bir nəfər xaric olundu10-09-2020, 15:00. Yazar: admin |
İyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib. "Report" xəbər verir ki, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Sentyabrın 11-dən etibarən DİM-də imtahan protokollarının, cavab kartları və vərəqlərinin emalına başlanılacaq. 11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur. 9-cu sinif üzrə buraxılış imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri isə yaxın 3 gün ərzində elan olanacaq. Geri dön |