Ana Sayfa > Xəbər > ABŞ-ın Bakıdakı agentinin «Bank Respublika»ya qarşı iddiası təmin olunmadı

ABŞ-ın Bakıdakı agentinin «Bank Respublika»ya qarşı iddiası təmin olunmadı


27-04-2015, 15:21. Yazar: admin
ABŞ-ın Bakıdakı agentinin «Bank Respublika»ya qarşı iddiası təmin olunmadı
Aprelin 27-də Bakı Apelyasiya Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun «Bank Respublika»ya qarşı Səbayel Rayon Məhkəməsinin çıxardığı qətnamədən şikayətinə baxıb.

Bu barədə "Azadlıq" radiosuna hüquqşünas Günay İsmayılova məlumat verib

Rəsul Cəfərov məhkəmədən qətnamənin ləğv olunması və iddiasının təmin edilməsini istəyib. O, məhkəməyə bankdan çıxarışlar təqdim edib. Həmin çıxarışlar Rəsul Cəfərovun bankın müştəri kartından öncələr istifadə etdiyini, amma bankın həbs qoymasından sonra iyul ayında kartdan istifadə edə bilmədiyini göstərir. Bank isə bunun əksinə olaraq bildirir ki, Rəsul Cəfərova məxsus kart deyilən vaxtda işlək olub, sadəcə, müştəri ondan istifadə etməyib.

Məhkəmə Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Hüquqşünas Günay İsmayılovanın dediyinə görə, Rəsul Cəfərov bu şikayətini Avropa Məhkəməsinədək aparmaq niyyətindədir.

Xatırladaq ki, Rəsul Cəfərov qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə və saxtakarlıqda təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.

Virtualaz.org saytı onu da xatırladır ki, R.Cəfərov Azərbaycandakı yeni “facebook inqilabı”nın, necə deyərlər, sözükeçən nüfuz agentlərindən biridir. Bundan başqa, o, qrantların əridilməsi üzrə mütəxəssis kimi də tanınır. Qısa müddət ərzində müxtəlif işlərə görə yüz minlərlə dollar qrant alıb. Onun ABŞ xüsusi xidmət orqanlarının vaxtilə Azərbaycandan qovulmuş gizli əməkdaşı Rebekko Vinsentlə sıx əlaqəsi olub...

Geri dön