Ana Sayfa > Xəbər > Tanınmış qarmonçu xəstəxanaya düşdü

Tanınmış qarmonçu xəstəxanaya düşdü


27-04-2015, 12:45. Yazar: admin
Tanınmış qarmonçu xəstəxanaya düşdü
“Həkim Rövşəni ölümün pəncəsindən aldı”.

Bu sözləri müğənni Aybəniz Haşımova ansamblındakı qarmonçu Rövşən Şəkilinin xəstəxanaya düşməsilə bağlı Axar.az-a danışarkən deyib:

“Mənim əziz dostum, qardaşım, gözəl qarmon ifaçısı Rövşən Şəkilinin sağlamlığında çox ciddi problem yaranmışdı. Allaha çox şükür, sabah artıq sağ-salamat evinə aparacağıq onu. Neftçilər xəstəxanasının “Ürək-damar cərrahiyəsi şöbəsi”nin müdiri Rəşad Mahmudov başda olmaqla xəstəxananın bütün kollektivindən Allah razı olsun. Rövşəni anadangəlmə edib ayağa qaldırdılar. Onu da deyim ki, Rəşad həkim Rövşəni ölümün pəncəsindən geri aldı. Çox sevdiyim bir insanı dünyaya qaytardığına görə sağ olsun”.

Geri dön