Ana Sayfa > Xəbər > Səudiyyə Ərəbistanı Yəməni bombalamağa davam edir

Səudiyyə Ərəbistanı Yəməni bombalamağa davam edir


27-04-2015, 12:12. Yazar: admin
Səudiyyə Ərəbistanı Yəməni bombalamağa davam edir
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri bazar günü bir daha Yəmən paytaxtı Səna şəhərinin bölgələrini bombardman ediblər. Ərəbistan qırıcı təyyarələri bazar günü gecə bir neçə dəfə Yəmən paytaxtında əl-Ərqub Xəvlan məntəqəsini bombardman ediblər.

Əl-Məyadin xəbər televiziyası da Ədənin qərbində Dar İmran məntəqəsində ağır döyüşlərin getdiyini və dənizdən Ərəbistan arsenalı tərəfindən bu şəhərin ağır atəşə məruz qaldığını bildirib.

Ərəbistan ötən həftə 27 gün hücumlar, Yəmənin mülki vətəndaşlarından bir qrupunu qətlə yetirdikdən sonra bu ölkədə öz hərbi əməliyyatını dayandırdığını elan etdi. Lakin atəşkəs elan olunduqdan 2 saat sonra təcavüzkar Ərəbistan qırıcı təyyarələri yenidən Yəmənin infrastruktur və yaşayış obyektlərini bombardman etdilər.

Yəmən İnqilab Komitəsi bu çağırışla bu ölkə xalqını bazar ertəsi günü aksiyalarında iştirak etməyə səsləyib.

Bu aksiya bu gün "Səudiyyə düşmənə qarşı birlik" şüarı adı altında keçiriləcək.

Ərəbistanın Yəmənə hərbi təcavüzündə indiyə qədər 3 mindən çox insan, o cümlədən uşaq və qadınlar həlak olub və minlərlə nəfər də yaralanıb.

Geri dön