Ana Sayfa > Xəbər > «Range Rover»-i pikap etdilər

«Range Rover»-i pikap etdilər


27-04-2015, 10:58. Yazar: admin
«Range Rover»-i pikap etdilər
Alman “Startech” gözlənilməz layihə əsasında “Range Rover”-i dəyişib. Tünerlər möhtəşəm ingilis yolsuzluq avtomobilinin bazasında pikap düzəldiblər. Onlar bununla çinliləri sevindirmək istəyirlər. İlk təqdimat Şanxay avtosalonunda olacaq.
Yenilik 23-düymlük təkər diskləri, “qaşqabaqlı” asma alıb. Onun baqajı çox balacadır. Belə görünüşə malik “RR” bir qədər təəccüblüdür. Salona isə söz ola bilməz – burada dəri və karbon əlavələrə rast gəlmək olar.
Təkmilləşdirmə zamanı modelin 5,0-litrlik V8 mühərrikini “Startech” cəmi 16 əlavə güc ilə təmin edə bilib – 526 a.g. Avtomobil ilk yüzlüyə 5,3 saniyəyə sürətlənir.

Geri dön