Ana Sayfa > Xəbər > Putin 15 ildə yaşadığı ən çətin anlardan danışdı
Putin 15 ildə yaşadığı ən çətin anlardan danışdı27-04-2015, 09:53. Yazar: admin |
Rusiya Prezidenti Vladimir Putin 15 illik fəaliyyətini təsvir edən "Prezident" adlı sənədli filmdə maraqlı fikirlər səsləndirib. Axar.az xəbər verir ki, Rossiya 1 kanalında yayımlanacaq sənədli filmdə Putin Krımın ilhaqı mövzusunda peşman olmadıqlarını, ən çətin anlarını isə Beslan terroru zamanı yaşadığını deyib: “Bu, çox böyük məsuliyyət idi və ən çətin anlarımız idi. Başqa bir variant olmadığı qənaətinə gəldim. Sona qədər getməyimiz lazım idi. Başqa yolumuz yox idi”. Xatırladaq ki, 1 sentyabr 2014-cü ildə Şimali Osetiyanın Beslan şəhərində 30 nəfərlik terrorçu qrup bir məktəbə hücum etmişdi. Terrorçular məktəbin idman zalında çoxu şagird olmaqla 1128 adamı 3 gün ərzində girov saxlamış, Rusiya silahlı qüvvələrinin məktəbə təşkil etdiyi əməliyyatda 318-i uşaq olmaqla 355 adam həyatını itirmişdi. Geri dön |