Ana Sayfa > Xəbər > Kəmaləddin Heydərov şairə villa bağışlayıb? - Açıqlama

Kəmaləddin Heydərov şairə villa bağışlayıb? - Açıqlama


27-04-2015, 09:07. Yazar: admin
Kəmaləddin Heydərov şairə villa bağışlayıb? - Açıqlama
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla tanınmış nəğməkar-şair Baba Vəziroğlunun yaxın dost olması hər kəsə məlumdur.

Qaynar.info xəbər verir ki, nazirin ailə məclislərində yaxından iştirak edən Vəziroğlu K.Heydərovun əksər mahnılarının söz müəllifidir. Şairlə işbirliyindən məmnun qalan nazirin, hətta bu xidmlətlərinə görə Baba Vəziroğluna villa hədiyyə etməsi haqda da xəbərlər yayılıb. Bildirilir ki, K.Heydərov Vəziroğluna İsmayıllıda bağ evi kimi nəzərdə tutulan gözəl villa bağışlayıb.

Azvision.az-ın əməkdaşı deyilənlərin nə dərəcə doğru olub-olmamasını Baba Vəziroğlunun özündən soruşub. Şair İsmayıllıda evinin olduğunu təsdiqləsə də, amma bunun Kəmaləddin Heydərov tərəfindən hədiyyə edilmədiyini deyib: "Mən özüm ev ala bilmərəm?! Kəmaləddin müəllim mənə niyə ev bağışlamalıdır. Mən özüm qocaman Xalq şairiyəm. İsmayıllıda çox əvvəllər torpaq almışdım. Öz şəxsi pulum hesabına aldığım torpağı öz zəhmətimlə, qardaşlarımla , əllərimlə tikmişəm. Mənə hazır verilməyib. Hazır verilsəydi onun qədrini də bilməzdim. Evimi öz əlimlə, qan- tərimlə tikmişəm , orada növbənöv ağaclar əkmişəm".

Geri dön