Ana Sayfa > Xəbər > Gürcü yazıçısının “Azərbaycanlıların soyqırımı” kitabı (VİDEO)

Gürcü yazıçısının “Azərbaycanlıların soyqırımı” kitabı (VİDEO)


25-04-2015, 17:00. Yazar: admin
Gürcü yazıçısının “Azərbaycanlıların soyqırımı” kitabı (VİDEO)
Gürcüstan tarixçisi Quram Marxuliyanın “Azərbaycanlıların soyqırımı” adlı kitabı hazırlanıb.
ANS TV-nin məlumatına görə, kitabda Azərbaycan, Gürcüstan və Rusiyanın arxivlərindən toplanmış materiallar, həmçinin müəllifin şəxsi araşdırmalarının nəticələrindən istifadə olunub.

Quram Marxuliya bildirib ki, kitabda yer alan fotolar Bakı, Quba, Şamaxı, Lənkəran və digər rayonlarda onun özü tərəfindən çəkilib.

Səfir Azər Hüseynin sözlərinə görə, “erməni soyqırımı”nın, eləcə də türklərin Çanaqqala zəfərinin yüzilliyində ərsəyə gələn bu kitabda erməni millətçilərinin yaratdıqları ASALA terror təşkilatı, Daşnaksütyun partiyası və digər qurumların Azərbaycan, gürcü və türk xalqlarına qarşı törətdikləri cinayətlər öz əksini tapıb.

Kitabın ingilis, fransız və digər dillərə də tərcümə edilərək Avropa ölkələrinə yayılması təklif edilib.


Geri dön