Ana Sayfa > Xəbər > Biləsuvarın yeni icra başçısı İctimai Televiziyanın Aparat rəhbəri idi - FOTO
Biləsuvarın yeni icra başçısı İctimai Televiziyanın Aparat rəhbəri idi - FOTO24-08-2020, 13:16. Yazar: admin |
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Modern.az-ın məlumatına görə, Faiq Qürbətov bu təyinatadək İctimai Televiziyada Aparat rəhbəri vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2018-ci ilin iyununda gətirilmişdi. O, daha əvvəl isə Azərbaycan Gənclər Fondu Aparatının rəhbəri kimi fəaliyyət göstərib. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Geri dön |